BURADA REKLAMINIZ OLA
BİLƏR

32 ildən sonra Laçın şəhərində toy sədası - VİDEO

32 ildən sonra Laçın şəhərində ilk dəfə toy sədaları eşidilib.

 

Burada sonuncu toy 1992-ci ildə, işğaldan bir neçə gün əvvəl baş tutmuşdu.

 

Bəy Niyazi Məmmədov təəssüratlarını Baku TV ilə bölüşüb: "Ağlıma belə gəlməzdi ki, bir gün öz doğma torpağımızda mənə toy qismət olacaq, şəhərimizin ilk toyu mənə qismət olar".

 

Bəyin atası Zöhrab Məmmədov isə deyib: "Gözəl Laçınımızdayıq. Bu gün mənim böyük oğlumun toyudur. Allahın bu gününə şükür! Laçına gəlib toy edəcəyimiz ağlımıza gəlmirdi. Yuxularda gördüyümüz bir şey idi".

 

Tarix: 13 Oktyabr 2024, 02:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin