BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını döyən şəxsə hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Amin Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 300 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.


İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində qeydə alınıb.


Belə ki, Amin Məmmədov keçmiş arvadı, lakin hazırda bir evdə yaşadığı, zərərçəkmiş Mələk Səfərova (şərti) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, zərərçəkmişin sifətinə əlinin içi ilə zərbə vurub, boynundan tutub sıxaraq, ona xəsarət yetirib.


Hadisədən sonra qadın DİN-in “102 xidməti”nə zəng edib məlumat verib və Amil Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 15 Oktyabr 2024, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin