BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələtdə gizlədilən narkotik aşkar edildi

Ələtdə gizlədilən narkotik aşkar edilib.

 

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 25 Noyabr 2025, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin