BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Rusiya baş nazirləri strateji tərəfdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər

Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının cari məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

 

İkitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə qarşılıqlı hazırlıq təsdiq edilib.

Tarix: 15 Oktyabr 2024, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin