BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları şantaj edən haker hakim qarşısında

Sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun cinayət işinin məhkəmə baxış iclası keçirilib. Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülən şantaj ittihamı üzrə özünü təqsirli bilməyərək zərərçəkən xanımlara qarşı hər hansı bir hədə qorxu gəlmədiyini deyib.

 

Onlardan əldə etdiyi pulları isə xanımlara məxsus müxtəlif sifarişlərlə bağlı aldığını deyib. Bununla da o, zərərçəkən xanımlara müxtəlif veb-xidmətlər göstərdiyini iddia edib. 19 yaşlı təqsirləndirilən Yaşar Məmmədov ona qarşı irəli sürülən 9 epizodun heç biri üzrə özünü təqsirli bilməyib.

 

Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara "Roman" adı ilə tanıdıb.

 

Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Tarix: 15 Oktyabr 2024, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin