BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını COP29-la əlaqələndirməyib

ABŞ heç vaxt Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Bakıda keçirilməsi ilə əlaqələndirməyib.

 

Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.

 

O bildirib ki, ölkəsi hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb:

 

“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan yekun nəticədə bu sənədi imzalayacaq. Lakin bu ABŞ-dən deyil, bilavasitə tərəflərin özündən asılıdır”.

 

APA

Tarix: 16 Oktyabr 2024, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin