BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir müavini: "Qadınlar cəmiyyətmizin dəyərli, eyni zamanda zəif həlqəsidir"

"Qadınlar cəmiyyətmizin dəyərli, eyni zamanda zəif həlqəsidir. Bütün dünyada belədir. Problem yarananda - bu iqlimlə bağlı olmaya da bilər, onu zəif həlqəyə ötürürük. Və ən böyük zərbə qadınlara dəyir".

 

Pravda.az xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda deyib.

 

"Qadınlar qərarvermədə daha az rol alırlar. İqtisadi mənada xoşagəlməyən məqam budur ki, kişilər iqtisadi fəaliyyətlə məşğuldurlar. Qadınlar isə hər zaman məişət həyatına sıxışdırılıblar. Bütün məişət məsələləri qadınların çiynindədir. Bunun isə iqtisadi baxımdan rolu yoxdur. Ən böyük təbii fəlakətlərdə belə zərər görən tərəf zəif həlqə olur. Bu mənada COP29-un işində qadınlar da böyük rol oynayılar. Bu, müsbət haldır",- o bildirib. 

 

Aytəkin Qardaşova

Tarix: 16 Oktyabr 2024, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin