BURADA REKLAMINIZ OLA
BİLƏR

Magistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkətinə icazə verilir?

Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

 

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb.

 

Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır.

Tarix: 16 Oktyabr 2024, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin