BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu ilin 9 ayında 142 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.


Bu barədə Pravda.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.


Bildirilib ki, onlardan 29 mini pensiya, 113 mini müavinət və təqaüd təyinatları olub.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.


Vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilir.

Tarix: 19 Oktyabr 2024, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin