BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

 

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

 

Sarı xəbərdarlığa uyğun olaraq Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tarix: 20 Oktyabr 2024, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin