BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu şəxslər də pensiya alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.

 

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tarix: 22 Oktyabr 2024, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin