BURADA REKLAMINIZ OLA
BİLƏR

Xətai rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO

Xətai rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Aksiya çərçivəsində rayon ərazisində yerləşən magistral yolların kənarında müxtəlif növ ağac və gül kolları əkilir. 

 

Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması, 30 000 ədəd ağac və kol bitkilərinin əkilməsi, həmçinin, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi  nəzərdə tutulur.

Fotoları təqdim edirik
Tarix: 23 Oktyabr 2024, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin