BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL-dan biletlərə ENDİRİM

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.

 

AZAL-dan verilən məlumata görə, kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir.

 

Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

 

Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.

 

Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:

 

Bakı-Ciddə:

 

- bir tərəfə 119 €-dan;

 

- gediş-dönüş 209 €-dan.

 

Ciddə-Bakı:

 

- bir tərəfə 129 $-dan;

 

- gediş-dönüş 229 $-dan.

 

Bakı-Bəhreyn:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 179 €-dan.

 

Bəhreyn-Bakı:

 

- bir tərəfə 99 $-dan;

 

- gediş-dönüş 189 $-dan.

 

Bakı-Daşkənd:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 179 €-dan.

 

Daşkənd-Bakı:

 

- bir tərəfə 99 $-dan;

 

- gediş-dönüş 189 $-dan.

 

Bakı-Ürgənc:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 169 €-dan.

 

Ürgənc-Bakı:

 

- bir tərəfə 89 $-dan;

 

- gediş-dönüş 179 $-dan.

 

Bakı-Bişkek:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 179 €-dan.

 

Bişkek-Bakı:

 

- bir tərəfə 99 $-dan;

 

- gediş-dönüş 189 $-dan.

 

Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.

 

AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!

Tarix: 24 Oktyabr 2024, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin