BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

 

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

 

Tarix: 25 Oktyabr 2024, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin