BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərə yeni vəzifələr verilir - SİYAHI

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.

 

Bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələdə əksini tapıb.

 

Layihəyə əsasən, Toğrul Nəcəfli Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.

 

Eyni zamanda layihəyə əsasən, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunur.

Tarix: 1 Noyabr 2024, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin