BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA

"Ümumiyyətlə, hamam otaqlarında qaz avadanlıqlarının quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Amma quraşdırılsa belə, mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır". Pravda.az xəbər verir ki, bunu milli.az-a təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev deyib.

 

O bildirib ki, həmin qaydalara əsasən, hamamın kvadratı minimum 7 kvadrat metr, hündürlüyü isə minimum 2.2 metr olmağı nəzərə alınaraq havalandırma və ventilyasiya sistemi olmalıdır. 

 

"Həmçinin, hamam otağındakı tüstü bacası standartlara uyğun olaraq ən azı damdan yarım metr yüksəkdə çat olmadan işlək vəziyyətdə olmalıdır. Quraşdırılması isə yalnız normativ tələblərə cavab verməlidir. 

 

Hamam otağının kvadratı havanın olmasına görədir. Əgər bu normativ tələblərə riayət olunmayıb hava çatışmazlığı olarsa, bu, dem qazı yaranması təhlükəsini yüksəldir və sonu bədbəxt hadisə ilə nəticələnə bilər".

Tarix: 2 Noyabr 2024, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin