BURADA REKLAMINIZ OLA
BİLƏR

Sandu yenidən prezident seçildiyini açıqlayıb: Demokratiyamızın gücünü göstərdik

Moldovanın hazırkı dövlət başçısı Maya Sandu noyabrın 3-də baş tutmuş prezident seçkilərində qələbə qazandığını açıqlayıb.

 

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

 

“Moldova, bu gün sən qalibsən. Birgə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə olan sadiqliyimizin gücünü göstərdik”, – o qeyd edib.

 

Ölkənin həm daxilində, həm də xaricində yaşayan moldovalılara təşəkkürünü bildirən dövlət başçısı vətəndaşların “azadlıq, ümid və mətanətin təcəssümü” olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Sandu noyabrın 3-də baş tutmuş prezident seçkilərinin ikinci turunda, ilkin nəticələrə görə, inamlı qələbə qazanıb.

 

Report

Tarix: 4 Noyabr 2024, 06:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin