BURADA REKLAMINIZ OLA
BİLƏR

ARDNŞ və MSK məhkəməyə verildi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Mərkəzi Seçki Komissiyası (MSK) məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, qurumlarla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti deputatlığa sabiq namizəd Aytən Bədəlbəyli edib.

 

Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Elvin Əliyevin icraatındadır.

 

Qeyd: A.Bədəlbəyli VII çağırış Milli Məclis seçkilərində 59 saylı Quba seçki dairəsi üzrə deputatlığa namizəd olub.

 

Xəyal Quliyev

Tarix: 4 Noyabr 2024, 11:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin