BURADA REKLAMINIZ OLA
BİLƏR

"Səngəcal Elektrik Stansiyası" ətraf mühiti çirkləndirdi

"Səngəcal Elektrik Stansiyası" MMC-yə inzbati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 5 Noyabr 2024, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin