BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən mühafizəçi ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Piriyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilməyib. 

 

Xatırlatma: Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Vüsal Piriyevin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.

 

Qeyd: Hadisə ötən il mayın 23-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü, "Xəzər" mühafizə xidmətində mühafizəçi işləyən Vüsal Piriyev idarə etdiyi "BYD" markalı avtomobillə Binəqədi kəndi istiqamətində hərəkətdə olarkən piyada - 1968-ci il təvəllüdlü Kərəm Fərzəliyevi vurub. Nəticədə piyada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 6 Noyabr 2024, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin