BURADA REKLAMINIZ OLA
BİLƏR

Çay evini qumarxanaya çevirən sahibkar yenidən məhkəmə qarşında

Bakı Apellyasiya Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Elnur İmamquliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

 

Qeyd: Sahibkar Elçin İmamquliyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit Çay Evi"ndə (Elit Pub) qumar oyunlarının oynanılması aşkar edilib. Hadisəyə görə sahibkarın qardaşı Elnur İmamquliyev saxlanılıb. Məlum olub ki, Elnur İmamquliyev qardaşı ilə birgə sözügedən iaşə obyektini işlədir. O, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri də təşkil edib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Elnur İmamquliyev saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 244-1.1-ci (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Elnur İmamquliyev 1 il 6 ay müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 6 Noyabr 2024, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin