BURADA REKLAMINIZ OLA
BİLƏR

Qeyri-rəsmi nikahlı həkim ərini yutubda biabır edən qadınla bağlı QƏRAR

Ali Məhkəmədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirovanın barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 
Xatırlatma: Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə P.Tahirova 1500 manat cərimə olunub. Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 
Qeyd: Məlumata görə, E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147-ci və 148-ci (təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb olunmasını tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və "Youtube" platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. "Youtube"da yayılmış video məhkəməyə sübut kimi təqdim edilib. Araşdırmalar zamanı məlum olub ki, həkim E.Hüseynov bir neçə il əvvəl Pərvanə Tahirova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Daha sonra E.Hüseynov Pərvanəni və qızını özünə məxsus evə köçürüb. Lakin bir müddət sonra onların münasibəti pozulub və E.Hüseynov keçmiş sevgilisi və övladının evdən çıxmalarını tələb edib. Lakin P.Tahirova Elxanın tələbini rədd edib və evi ona qaytarmayacağını, onun qızını böyütdüyünü deyib. Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Həmçinin P.Tahirova Elxanın onun yaşadığı evə gizli kamera quraşdırması və sair iddialarla bağlı video çəkərək mediada yayıb.

 
Kamal Məmmədov

Tarix: 6 Noyabr 2024, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin