BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yarım milyonluq dələduzluq edən şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Nağdalıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il müddətinə azadlıqdan məhrumetmə hökm dəyişdirilib, cəzası 2 ay azaldılıb. 

 

İttihama görə, Rahib Nağdalıyev 12 nəfər zərərçəkmişə "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib. O, həmin şəxslərə biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib. Rahib Nağdalıyev bu yolla zərərçəkmişlərdən 2020-2022-ci illərdə paytaxt ərazisində ümumilikdə 546 100 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 6 Noyabr 2024, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin