BURADA REKLAMINIZ OLA
BİLƏR

Protokol: "Qarant Beton" alıcını aldadıb

"Qarant Beton-1" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 6 Noyabr 2024, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin