BURADA REKLAMINIZ OLA
BİLƏR

Diqqət: Yaşı 30-dək olanlar...

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

 

Pravda.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

 

- Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

 

- 30 yaşı keçməməli;

 

- Fiziki cəhətdən sağlam olmalıdırlar.

 

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

 

Əlavə məlumat üçün:

 

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30

 

Əlaqə nömrəsi: 012-493-62-47.

 

Tarix: 6 Noyabr 2024, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin