BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli cərrah sənədinin verilməsi qalmaqalından danışdı: "Baş Prokurorluq araşdırmalıdır"

“Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2023-cü il dekabrın 25-dən 2024-cü il fevralın 24-dək olan müddətdə ölkədə fəaliyyət göstərən plastik və estetik cərrahiyə ilə qanunsuz məşğul olanların araşdırmasını apardığını açıqlayıb. Açıqlamada bildirilir ki, ümumilikdə 35 plandankənar yoxlama aparılıb, 14 müəssisəyə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə cərimə tətbiq edilib. Bu açıqlama məni təmin etmir. Bəs sual olunur ki, 30-dan artıq həkim konkret hansı yolla həkimlik sənədi alıb? İddialarda göstərilir ki, rüşvət yolu ilə... Bəs bu məsələ necə? Aydınlaşdırıblar? Xeyr, cavab yoxdur”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

“Axı bu, İnzibati Xətalar Məcəlləsinə aid deyil, birbaşa ağır cinayətdir. Hətta bir nəfərə verilməsi belə ağır cinayətdir, o ki qala 30 nəfərə sənəd verilməsi. Söhbət Səhiyyə Nazirliyinin özündə olan qanunsuzluqlardan gedirsə, Nazirliyin verdiyi məlumatla kifayətlənmək yetərsizdir. Bu məsələ o qədər vacibdir ki, birbaşa Baş Prokurorluq tərəfindən araşdırılmalıdır”, - T.Kərimli bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 6 Noyabr 2024, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin