BURADA REKLAMINIZ OLA
BİLƏR

MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi 698 min manat ödəyib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov çıxış edib.


O, məhkəməyə Rəşad Məlikzadənin üzərindən həbs götürülmüş əmlakından satılıb dövlətə dəymiş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə 698 min manat ödənildiyini bildirən qəbz təqdim edib.

 

Daha sonra hakim Rəşad Məlikzadəyə çıxış üçün söz verib.

 

R.Məlikzadə uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini və son söz demək üçün əməliyyatdan sonra hazır olacağını bildirib.

 

Məhkəmə 25 noyabr tarxinədək təxirə salınıb.

 

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Tarix: 6 Noyabr 2024, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin