BURADA REKLAMINIZ OLA
BİLƏR

Fətullah Gülənin nəvəsi ABŞ ordusunun zabiti çıxdı - FOTO

FETÖ lideri Fətullah Gülənin nəvəsinin ABŞ ordusunda zabit olduğu üzə çıxıb.

 

Fətullah Gülənin qardaşı Seyfullah Gülənin qızı Hansa Zeynep ilə evli olan və təşkilatın sıralarında yer alan Adem Kalaç 15 iyul çevriliş cəhdindən əvvəl ABŞ-də təsis edilən və fəaliyyət göstərən Ebru TV-nin idarəçiliyini həyata keçirib.

 

Adem Kalaç, həmçinin son anına qədər Fətullah Gülənin yanından ayrılmayan, "Uzun Cevdet" ləqəbli və Gülənin "qara qutu"su olan Cevdet Türkyolunun bacanağıdır.

 

Hansa Zeyneplə evli olduğu üçün "kürəkən heyəti"ndə yer alan Adem Kalaçın 4 uşağından biri olan Hayreddin Kalaçın ABŞ ordusunun zabiti olduğu ortaya çıxıb.

 

O, leytenant rütbəsi ilə məktəbi bitirib. Onun məzuniyyət mərasimində təşkilatın idarə heyətində olan atası Adem Kalaç və Fətullah Gülənin öz qardaşı qızı olan anası Hansa Zeynep Kalaç da iştirak edib.

 

ABŞ vətəndaşı olaraq həyatını davam etdirən Hayreddin Kalaç ABŞ ordusunda zabit vəzifəsini davam etdirir.Milli.Az

 

Tarix: 6 Noyabr 2024, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin