BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderinin qalibinə protokol yazdı

"Azfar Med" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.

 

Qeyd: MMC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü ildə xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası üzrə məsrəf mallarının satın alınması məqsədilə keçdirdiyi 22 milyon 821 min manatlıq tenderinin qalibi olub.

 

Xəyal Quliyev

Tarix: 7 Noyabr 2024, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin