BURADA REKLAMINIZ OLA
BİLƏR

“Araz” marketin mütəxəssisi “İDEAL”dan şikayət etdi

Araz Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova “İDEAL” parfümeriya və kosmetika mağazaları şəbəkəsindən şikayət edib.

 

Pravda.az-ın xəbərin görə, B.Əmirova həm kassir, həm də mühafizənin davranışından narazı qaldığını açıqlayıb.

 

“Bakıda “28 Mall”da yerləşən (aşağı mərtəbəsində) “İDEAL” parfümeriya və kosmetika mağazasından şikayətçiyəm. Həm kassir, həm də mühafizənin müştəri ilə davranışını ciddi şəkildə qınayıram. Əlimdən təsadüf nəticəsində düşən, endirimlə səhv etmirəmsə, 11 AZN dəyərində olan pudraya görə özümü cinayətkar kimi hiss etməyə məcbur edən 3 nəfər "kişi" mühafizə əməkdaşına buradan salamlarımı göndərirəm. Hiss olunmayacaq dərəcədə zədələnən pudranın pulunu ödədim, təbii ki. Məsələ pulda deyil! Münasibət, davranış və müştəriyə yanaşma insanı incidir. Sadəcə, təəssüf!”

 

Tarix: 8 Dekabr 2019, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin