BURADA REKLAMINIZ OLA
BİLƏR

"Özümü dəfn edib, yaşamağı bacaran adamam"

"Anam həmişə deyirdi ki, həyatda başınıza nə gəlirsə, gəlsin dik durun. İt-qurd var, ay bala. O it-qurd kimdirsə, (çox yaxşı bilirəm kimlərdir ) başıma gələn hər faciədə məni ayaqda saxladı". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova instaqramın hekayə bölməsində. O, həyata qarşı amansız olduğunu bildirib:

 

“Hazırda yanımda insan kəssələr, ruhum duymaz. Ümumiyyətlə başıma gələn ağrılar məni çox qəddarlaşdırdı. Mən özümü belə dəfn edib, yaşamağı bacaran adamam. Bunun adı həyata qarşı amansız olmaqdı. Onun mənə olduğu kimi!”.

 

Qeyd edək ki, aktrisanın ötən ay bacısı vəfat edib.

Tarix: 9 Noyabr 2024, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin