BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aparıcıdan keçmiş həyat yoldaşına: "Lüks məkanlarda gəzir, 5000-lik alimenti ödəmir"

Türkiyəli tanınmış aparıcı Ece Erken keçmiş həyat yoldaşı Serkan Uçarın övladına aliment ödəmədiyini bildirib.

 

Bu səbəbdən aparıcı Serkanı məhkəməyə verəcək.

 

"Ona haqqımı halal etmirəm. Lüsk məkanlarda gəzir. Uşağımın alimenti 5 min lirədir onu da ödəmir. Allah vicdan sahibi olmayan kişilərə və qadınlara uşaq verməsin. Amma nə edəsən ki, belə olur. Serkanın valideynləri də nəvələri ilə heç maraqlanmırlar" -deyə Ece bildirib.

 

Xatırladaq ki, Ece ilə həyat yoldaşı 2014-2015-ci illərdə evli olub. Onların bir oğlu var./BAKU.WS 

Tarix: 9 Noyabr 2024, 21:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin