BURADA REKLAMINIZ OLA
BİLƏR

Birinci vitse-prezident Yevda Abramovun vida mərasiminə əklil göndərdi

Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

 

Pravda.az-ın xəbərinə görə, mərasim Qubada “Mədəniyyət evi”ndə təşkil olunub.

 

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimə əklil göndərib.

 

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.APA

Fotoları təqdim edirik
Tarix: 8 Dekabr 2019, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin