BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp ABŞ dövlət katibi vəzifəsinə senator Rubionun namizədliyini irəli sürdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.

 

Bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda deyilir.

 

“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, - mətndə qeyd olunur.

 

Qeyd edək ki, Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Ukraynaya qəbul edilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə Senatda səs verən 15 respublikaçı arasında olub.

Tarix: 14 Noyabr 2024, 07:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin