BURADA REKLAMINIZ OLA
BİLƏR

Kənan Aslanovun rəhbərlik etdiyi "Gemza Group" ölkədən pul çıxarıb - MÜBAHİSƏ

"Gemza Group" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbovanın icraatındadır. Baxış iclası noyabrın 14-də keçiriləcək.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Kənan Oqtay oğlu Aslanovdur.

 

Xəyal Quliyev

Tarix: 14 Noyabr 2024, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin