BURADA REKLAMINIZ OLA
BİLƏR

COP29-un baş danışıqçısı fransalı nazirin Bakıya səfərini ləğv etməsinə münasibət bildirdi

"Azərbaycanın qapıları məhsuldar danışıqların tərəfinə çevrilmək istəyən hər kəs üçün açıqdır".


Bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev mətbuat konfransında "Agence France-Presse"nin fransalı nazirin Azərbaycana səfərini ləğv etməsi barədə sualına cavabında bildirib.

 

O deyib ki, ölkəmiz bu konfransda 80 nəfərdən çox dünya dövlətlərinin liderlərini qəbul edib, yüzlərlə nazir COP29-un işinə töhfə verilməsi üçün Bakıya gəlib:

 

"Atılan bütün addımıar danışıqlar prosesinin səmərəli keçməsinə hesablanıb. Biz məhsuldar müzakirələrdə iştirak etmək istəyən, danışıqların tərəfinə çevrilmək niyyətini elan edən hər kəsi ölkəmizdə qəbul etməyə hazırıq".

 

APA

Tarix: 14 Noyabr 2024, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin