BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda işsizlik astronomik sürətlə artır”

“İqtisadiyyatda makro-iqtisadi durumu xarakterizə etmək üçün ən çox istifadə edilən 3 göstəricidən biri işsizlik səviyyəsidir. Dövlət Statistika Komitəsi adətən məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayını aylıq hesabatlarında dərc edirdi. Artıq ikinci aydır ki, bu göstərici müntəzəm olaraq Dövlət Statistika Komitəsinin aylıq statistik məcmuəsindən çıxarılıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

“Sonuncu məlumat 2020-ci il aprel ayının 1-i vəziyyətini əhatə edir. Bu məlumata görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 100,8 min nəfər olmuş, onlardan yalnız 510 nəfərə orta aylıq məbləği 309 manat olan işsizlikdən sığorta ödənişi verilib. Pandemiya dövründə işsizlərin sosial müdafiəsinin düzgün qurulması üçün onların sayı ilə bağlı məlumatlar əlçatan olmalı və dövrü olaraq nəşr edilməlidir. Amma görün "başbilənlərimiz" iqtisadiyyatı nə günə salıblar ki, sadə bir göstəricini - işsizliyin səviyyəsini də xalqdan gizlədirlər. Bunu nədən edirlər, anlamaq çətindir, çünki, son 17 ildə ilk dəfədir ki, bu hal baş verir. Onsuz da heç kəsə sirr deyil ki, pandemiya balayandan Azərbaycanda işsizlik astronomik sürətlə artır” – Q.İbadoğlu qeyd edib.

Tarix: 19 İyun 2020, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin