BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Hüseynovun rəhbərlik etdiyi "Jetour Azərbaycan"nın ölkədən çıxardığı pulu qaytarmaması təsdiqləndi və cərimələndi - QƏRAR

Nizami Rayon Məhkəməsində "Jetour Azərbaycan" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla MMC-yə inzibati tənbeh tətbiq edilib, yəni cərimələnib. 

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Elşad Əli-Abbas oğlu Hüseynovdur. 

 

Nadir Qurbanov

Tarix: 15 Noyabr 2024, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin