BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Dövlətə xəyanət ittihamı ilə həbs edilən 1988-ci il təvəllüdlü Heydər Məmmədovun barəsindəki qərardan verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qeyd edilib ki, təqsirləndirilən şəxs apellyasiya şikayətini verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatət verib və təmin olunmayıb. 

 

Lakin aşağı instansiya məhkəməsi təmin etməyib. Heydər Məmmədov həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. 

 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camməmməd Abubəkirov 16 il 6 ay, Heydər Məmmədov isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

 
Qeyd: Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
 

Məlumata görə, adı çəkilən şəxslər Azərbaycanda yerləşən məscidlər, kilsələr və digər ibadət mərkəzləri ilə bağlı əldə etdikləri məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıblar.

 
Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

 

Kamal Məmmədov

Tarix: 15 Noyabr 2024, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin