BURADA REKLAMINIZ OLA
BİLƏR

AYNA: Taksi sifarişi operatorlarının bir gedişə görə bir neçə dəfə ödəniş çıxması qanunsuzdur

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) məlumat yayıb.

 

Bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

 

Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür.

Tarix: 15 Noyabr 2024, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin