BURADA REKLAMINIZ OLA
BİLƏR

AMB Orxan Hüseynovun rəhbərlik etdiyi bankın vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azər-Türk Bank" ASC-nin vəzifəli şəxsini 2 000 manat məbləğində cərimə edib.

 

Bu barədə AMB məlumat yayıb.

 

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Azər-Türk Bank" ASC-nin vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

 

Qeyd: ASC-nin qanuni təmsilçisi Orxan Ziyad oğlu Hüseynovdur.

Tarix: 16 Noyabr 2024, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin