BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Bu barədə Milli Hdiromteorologiya Xidmətindən məlumat verilib.

 

Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

 

Azərbaycanın rayonlarında noyabrın 19-u gündüz bəzi dağlıq rayonlarda, 19-u axşamdan 20-si səhərədək isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tarix: 18 Noyabr 2024, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin