BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz olmayacaq

Sabah Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

 

"Azəriqaz" İB-nin razılıq məktubuna əsasən vətəndaşa məxsus həyətyanı sahənin qarşısından keçən, diametri 76 mm-lik qaz xəttinin podratçı təşkilat tərəfindən yerinin dəyişdirilməsi məqsədilə əlaqədar olaraq, noyabrın 21-i saat 14:00-dan etibarən işlər yekunlaşanadək Şirvan şəhəri T.İsmayılov küçəsinin bir hissəsi, Kənd yaşayış massivinin bir hissəsi və F.Cavadov küçəsində (ümumilikdə 880 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Tarix: 20 Noyabr 2024, 23:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin