BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun yeməkxanasındakı qiymət artımı tələbələrin etirazına səbəb oldu

Bakı Dövlət Universitetinin yeməkxanasında qiymət artımı tələbələrin etirazına səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, tələbələr buna səbəb kimi bufetləri idarə edənlərin dəyişməsini göstərir.

 

“Bütün Dünya praktikasında belədir ki, universitetin bufeti tələbələrin ac qalmayacağı, oturub söhbət edə biləcəyi bir məkandır. Normalda BDU-da da elə idi. Məsələn, daxili bufetlər və ya küçədəki "pepsi" kimi bilinən kafe. Əvvəllər 20 qəpiyə bir çaynik ala, ödənişsiz isti su alıb, gətirdiyin nəyisə əlavə edə, çay almısansa, limitsiz sayda konfet və qənd götürüb otura bilərdin. Bu il bütün bufetlər özəlləşdirildi. Və nəticə: Bir çaynik çay 20 qəpik deyil, konfet və qənd artıq yoxdur, isti su isə verilmir. Çünki hər şey çeklə verilməlidir və isti suyun qiyməti yoxdur. Bunun səbəbini soruşan bir tələbəyə deyilib ki, əvvəl 20 qəpiyə çay alıb 3 saat otururdu hamı... Anlaşılan deyil. Məgər BDU-nun bufeti gəlir götürməyi planlayır? Tələbə öz universitetinin bufetində oturub söhbət etmək üçün stola kabab gətirməlidir? Ümumi qiymətlərdə də artım var. Təxminən hər yemək 30-50% arası bahalaşıb. Məsələn, Türkiyədə küçədə 15-20 TL ilə yeyəcəyiniz yeməyi universitetin bufetində 3-5 TL ilə yeyə bilirsiniz. Azərbaycanda isə bunun əksi baş verir. Çünki "rektorların, prorektorların qohumları da villada yaşamalıdır axı", elə deyil?” – qeyd olunub.

 

Xatırlatma: Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru təyin olunub. A.Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiridir.

Tarix: 8 Dekabr 2019, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin