Sərt karantin rejiminə keçməmişdən əvvəl zəruri saydığım tədbirlər
Azərbaycan koronavirusla müharibənin ən gərgin mərhələsinə qədəm qoyur. Dünən elan olunan ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək. Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda heç şübhəsiz ki, yaxın iki həftədə təcili tibbi yardım müəssisələrinə müraciətlər həddindən çox olacaq. Belə olan halda da əhalinin yaxın zamanlarda artan müraciətlərini idarəetmək heç də asan olmayacaq. Çox güman ki, bu müraciətlər yalnız virusla bağlı deyil, əhali evdə qalan dövrdə digər səbəblərdən də baş verəcək. Belə ki, kimlərinsə baş və bədən ağrıları yaranacaqsa, hərarəti, təzyiqi, şəkəri artacaqsa təcili tibbi yardıma müraciət edərək onlardan kömək istəyəcək. Odur ki, sərt karantin rejiminə keçməmişdən əvvəl zəruri saydığım tədbirlər üzrə təkliflərimi təqdim edirəm:
1.Sərt karantin rejiminə keçməzdən əvvəl əhali arasında karantin mədəniyyətinin formalaşması istiqamətində maarifləndirmə və təbliğat işləri aparılsın.
2.TƏBİB sədrinin, səhiyyə nazirinin (əgər varsa) və sərt karantin rejim tətbiq ediləcək şəhər və rayonların səhiyyə müəssisələrinin rəhbərlərinin iştirakı ilə geniş videomüşavirə keçirilsin və tibbi işçiləri yeni mərhələnin qaydaları ilə təlimatlandırılsın (əgər varsa, yoxdursa təcili hazırlansın).
3.Karantin rejimi sərtləşdirilən şəhər və rayonlara səhiyyə infrastrukturunun və tibbi personalının hazırlığını artırmaq üçün ora əlavə texniki, insan və maliyyə resursları cəlb edilsin.
4. Səhiyyə sahəsində çalışmış tibb işçilər, ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və könüllülər səfərbər edilərək, sərt karantin rejimi olan rayonlara ezam edilsin.
5. Səhiyyə işçilərinin əməyinin stimullaşdırılması ilə əlaqədar olaraq yeni dövrün tələblərinə və çağırışlarına uyğun olaraq əlavə tədbirlər həyata keçirilsin. Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin ailəsinə birdəfəlik 10 min manat yardım edilsin, onların adı əbədiləşdirilsin. Virus daşıyıcısı olan səhiyyə işçilərinin ailəsinin sosial təminatı dövlət hesabına təmin edilsin, onların ailə üzvlərinin hər birinə müddətli olaraq 250 manat birdəfəlik yardım edilsin. Hazırda ön cəbhədə çalışan səhiyyə işçilərinin əmək haqları müddətli olaraq 10 misli qədər artırılsın.
Qubad İbadoğlu
İqtisadçı
28 Yanvar 10:43
28 Yanvar 10:35
28 Yanvar 10:30
28 Yanvar 10:27
28 Yanvar 10:09
28 Yanvar 10:07
28 Yanvar 09:11
28 Yanvar 09:08
28 Yanvar 09:04
28 Yanvar 09:01
28 Yanvar 08:57
28 Yanvar 08:55
28 Yanvar 08:52
28 Yanvar 08:48
28 Yanvar 08:32
28 Yanvar 06:01
28 Yanvar 01:01
28 Yanvar 00:00
27 Yanvar 23:54
27 Yanvar 23:45
27 Yanvar 23:37
27 Yanvar 23:02
27 Yanvar 22:54
27 Yanvar 22:52
27 Yanvar 22:11
27 Yanvar 21:58
27 Yanvar 21:47
27 Yanvar 20:57
27 Yanvar 20:54
27 Yanvar 20:48
27 Yanvar 20:45
27 Yanvar 20:44
27 Yanvar 20:42
27 Yanvar 20:40
27 Yanvar 20:38
27 Yanvar 20:17
27 Yanvar 19:54
27 Yanvar 19:22
27 Yanvar 19:20
27 Yanvar 19:10
27 Yanvar 19:08
27 Yanvar 19:01
27 Yanvar 18:59
27 Yanvar 18:38
27 Yanvar 18:35
27 Yanvar 18:17
27 Yanvar 18:09
27 Yanvar 17:56
27 Yanvar 17:51
27 Yanvar 17:47
27 Yanvar 17:39
27 Yanvar 17:35
27 Yanvar 17:18
27 Yanvar 17:11
27 Yanvar 17:00
27 Yanvar 16:56
27 Yanvar 16:55
27 Yanvar 16:52
27 Yanvar 16:51
27 Yanvar 16:49
27 Yanvar 16:48
27 Yanvar 16:47
27 Yanvar 16:42
27 Yanvar 16:38
27 Yanvar 16:34
27 Yanvar 16:32
27 Yanvar 16:31
27 Yanvar 16:25
27 Yanvar 16:16
27 Yanvar 16:14
27 Yanvar 16:08
27 Yanvar 16:01
27 Yanvar 15:45
27 Yanvar 15:36
27 Yanvar 15:35
27 Yanvar 15:32
27 Yanvar 15:29
27 Yanvar 15:19
27 Yanvar 15:18
27 Yanvar 15:12
27 Yanvar 15:08
27 Yanvar 15:05
27 Yanvar 14:58
27 Yanvar 14:57
27 Yanvar 14:56
27 Yanvar 14:46
27 Yanvar 14:37
27 Yanvar 14:32
27 Yanvar 14:28
27 Yanvar 14:26
27 Yanvar 14:17
27 Yanvar 14:14
27 Yanvar 14:06
27 Yanvar 14:04
27 Yanvar 13:54
27 Yanvar 13:53
27 Yanvar 13:50
27 Yanvar 13:42
27 Yanvar 13:40
27 Yanvar 13:38
27 Yanvar 13:36
27 Yanvar 13:35
27 Yanvar 13:33
27 Yanvar 13:21
27 Yanvar 13:18
27 Yanvar 13:16
27 Yanvar 13:13
27 Yanvar 13:07
27 Yanvar 13:06
27 Yanvar 13:05
27 Yanvar 13:00
27 Yanvar 12:49
27 Yanvar 12:47
27 Yanvar 12:45
27 Yanvar 12:43
27 Yanvar 12:41
27 Yanvar 12:41
27 Yanvar 12:36
27 Yanvar 12:31
27 Yanvar 12:29
27 Yanvar 12:25
27 Yanvar 12:18
27 Yanvar 12:09
27 Yanvar 12:09
27 Yanvar 12:00
27 Yanvar 11:58
27 Yanvar 11:55
27 Yanvar 11:53
27 Yanvar 11:52
27 Yanvar 11:43
27 Yanvar 11:39
27 Yanvar 11:37
27 Yanvar 11:37
27 Yanvar 11:33
27 Yanvar 11:27
27 Yanvar 11:26
27 Yanvar 11:19
27 Yanvar 11:16
27 Yanvar 11:16
27 Yanvar 11:15
27 Yanvar 11:10
27 Yanvar 10:56
27 Yanvar 10:56
27 Yanvar 10:43
27 Yanvar 10:33
27 Yanvar 10:26
27 Yanvar 10:24
27 Yanvar 10:15
27 Yanvar 09:50
27 Yanvar 09:49
Ən son xəbərləri səhifəmizdən də izləyin