BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyirlər

Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən yüksək əmək haqqını xam neft və təbii qaz hasilatı sahəsinə işləyənlər alır.

Pravda.az Yeniavaz.com-a istinadən bildirir ki, açıqlanan rəsmi məlumatlara görəi, bu sahədə işləyən muzdlu işçilər ayda orta hesabla 3 min 724,8 manat əmək haqqı alırlar.
Qeyd edək ki, ay ərzində 2 min manatdan yüksək əmək haqqını aşağıdakı sahələrdə işləyənlər alır:


Xam neft və təbii qaz hasilatı – 3 724,8 manat


Metal filizlərinin hasilatı – 2 141,4 manat


Su nəqliyyatının fəaliyyəti – 2 231,4 manat


Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) – 2738,5 manat


Sığorta, təkrar sığorta və pensiya təminatı – 2 920,4 manat


Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 3230,6 manat


Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2 215 manat


Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 2 504,2 manat

Tarix: 25 Noyabr 2024, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin