BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: “İmkanlıların şadlıq evlərində yerin biri 100-200 manat arasındadır”

“İmkanlıların şadlıq evlərində yerin-stulun biri 100-200 manat arasındadır”.

 

Pravda.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı paylaşım edib.

 

S.Rüstəmxanlı bildirib ki, yeni zəngin nəsillər gəlib öz görməmişlik və şöhrətpərəstlikləri ilə şəhər toylarını Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər: “Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə, düzür süfrəyə. Masalar ağırlıqdan sınır. İnsan də özü-özünə belə zülm eləyər? Verilən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə, nə vardı ki. Qazan, doldur toyxana mafiyasının ciblərini... Bu mafiyanı və yabançı adlar daşıyan şadlıq saraylarını boykot etməyin ən yaxşı yolu köhnə Bakının toy ənənələrini bərpa edək. Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur".

Tarix: 8 Dekabr 2019, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin