BURADA REKLAMINIZ OLA
BİLƏR

Qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 28-i axşamadək fasilələrlə davam edəcək.

 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Tarix: 26 Noyabr 2024, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin