BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rahat" marketin endirimi saxta çıxdı

Vətəndaş Rahat supermarketlər şəbəkəsinin endirim kampaniyasının saxta olduğunu iddia edir.

 

Pravda.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə paylaşım edilib.

 

Şikayətçi müştəri bildirib ki, Rahat marketin “Metropark”ın aşağı hissəsində yerləşən mağazasında 45-50% endirimlə 2 ədəd eyni məhsuldan alıb: “Aldığım məhsulun öncəki qiyməti guya 5.20 AZN olub endirimlə 2,98 AZN-ə düşüb. Yalan olduğunu hiss etmişdim, amma yenə də 6 AZN ödəyib iki paket aldım. Eyni məhsulu Araz supermarketdə endirimsiz qiymətlə 2.97 AZN-ə görüncə, gözlərimə inanmadım. Rahat market 45% endirimlə həmin məhsulu 2,98 AZN-ə satırdı. “Rexona” guya 4,50 AZN idi, endirimle 3,44 AZN olub. Mən isə “Rexona”nı həmişə 2,99 AZN-ə alıram. Sadəcə haramları olsun. Həqiqətən Azerbaycanda normal, düzgün aksiya yoxdur. İnsanları bu qədər aldatmaq olar? Camaat da inanıb, səbəti doldurub çıxırdı ki, endirimli mal alsın, az da olsa xeyir qazansın. Bu aksiyalara aldanıb o marketlərdən heç nə almamağınız məsləhətdir”.

Tarix: 8 Dekabr 2019, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin