BURADA REKLAMINIZ OLA
BİLƏR

"Referans" ölkədən çıxardığı valyutanı geri qaytarmadı, cəzalandırıldı

"Referans Pharmaceuticals" MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Qərarla şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimələnib.

 

Xatırlatma: Protokol Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Abbas Famil oğlu Əliyevdir. Şirkətin dövlətə 312 340 AZN borcu var. 

 

Xəyal Quliyev

Tarix: 6 Dekabr 2024, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin